31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günüdür

Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. 

Artıq 19 ildir ki, bu bayramı dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyona yaxın azərbaycanlı qeyd edir. Düz 21 il bundan əvvəl, 1989-cu ildə
Ordubaddan tutmuş Şəruradək sərhəd dirəkləri sökülməyə başlayıb.
Naxçıvanda bir qucaq sökülmüş məftil, sonradan gül çələngi kimi Bakıda konfransa toplaşan hərəkat liderlərinə hədiyyə edilib.

Həmin gün dünyanın ən gözəl çiçəkləri kimi hamı o məftilləri bağrına basıb.
Elə həmin tarixdə İstambulda sərhəd hadisələrinin ildönümünü qeyd edildi. 
Hər şey də o tarixdən başlandı. İstambulda Dünya Azəri Türk Dərnəyinin
birinci qurultayında Dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunmasına dair qərar verildi. İki il ötdü, 1991-ci ilin 
dekabrın 16-da Azərbaycan parlamentinə qərarın qəbul olunması təklifi edildi. 
1992-ci ildə isə bu qərarın rəsmi qəbulu ili oldu. O zamandan
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 31 dekabrda qeyd olunur. 
Hansı ölkədə yaşamasından asılı olmayaraq, vətənini Azərbaycan 
sayan hər bir insan bu gündə həmrəylik nümayiş etdirir və ya etdirməlidir. 

Bayramımız mübarək olsun!

Geef een reactie

Het e-mailadres wordt niet gepubliceerd. Vereiste velden zijn gemarkeerd met *