Qara Yanvar və ya 20 Yanvar faciəsi / 20 Januari 1990. Nationale rouwdag in Azerbeidzjan

  • 20 Januari is de nationale rouwdag in Azerbeidzjan.
    Op deze dag heeft een tragische gebeurtenis plaatsgevonden. Op 19 januari in 1990, om 19:30 kwam een leger 26.000 man van USSR (onder leiding van Yazov, die gestuurd werd door Gorbatsjov) binnen Bakoe. Ze schoten jongeren, ouderen, vrouwen en kinderen neer. Dat ging door tot de volgende dag.
    Uiteindelijk vielen er 130 doden en 700 zwaargewonden.

  • 20 Yanvar – hüzn və şərəf günü
    Bir də azadlığın misilsiz nemət olduğunun dərk edildiyi gündür. Xalqımız o gün həyatını qurban vermiş övladlarını yad etməklə bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutmalıdır. Çünki Vətən və torpaq şəhidləri ilə ucalır.
    24 il öncə milli taleyimizdə qorxunc günlər yaşandı. Bu xalq sovet hərb maşınının zorakılığına məruz qaldı. Açıq və çox qaba bir tərzdə təcavüzə məruz qoyulmuş, insanlar küçələrdə gülləbaran edilmiş, milli heysiyyətimiz tankların tırtılları altında tapdanmışdı. Bu kobud zorakılıq Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq (Qarabağ) uğrunda inadkar dəyanətini sındırmaq məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi… Buna nail olacaqlarını düşünənlər səhv etdiklərini tez anladılar.
    1990-cı ilin 20 Yanvarından bəri bu ildönümləri bir qayda olaraq yalnız hüzn kimi qeyd etmişik, o günü bir üzüntü ilə anmışıq. Amma bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə üzüntü ilə xatırlanacaq gün deyil. Həm də bizim üçün şan və şərəf günüdür, mənlik günüdür.
    Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli heysiyyətimizdə doğan günəşin qızıl şəfəqlərini simvolizə edirdi. Vətəndaşımız o gün üstünə şığıyan dəhşətli kabusa, sovet hərbiyyəsinin qorxunc qaragüruhuna qarşı sinə gərməyi və deməli, öz mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. O hadisələr açıqca göstərdi ki, azərbaycanlılar özgürlük savaşına qalxmaq, pozulmuş hüquqlarının, suverenliyinin bərpası uğrunda çarpışmaq əzminə sahibdir.
    20 Yanvar istiqlal yolumuzda ilk şəhidlik zirvəsi idi. Ötən illər ərzində “Qanlı Yanvar”ın siyasi, mənəvi və s. aspektləri analiz edilib, hadisəyə Azərbaycan dövləti tərəfindən hüquqi qiymət verilib…. Həmin gün Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə Azərbaycanda kommunist rejimini hakimiyyətdə saxlamaq və güclü milli-azadlıq hərəkatına çevrilməkdə olan oyanışı boğmaq məqsədilə Bakıya böyük bir ordu (rəsmi rəqəm 35 min göstərir) yeridilmişdi. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı və “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları oynayırdı.Bu açıq təcavüz nəticəsində Bakıda 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdı. Öldürülənlər arasında beş milliyyətdən olan vətən övladları, 20-dən çox qadın, uşaq vardı.
    Qara Yanvarın indiyədək özündə saxladığı sirlər çoxdur. 100 cildlik istintaq materialının 69 cildi Bakıdan Moskvaya, keçmiş SSRİ Prokurorluğuna aparılıb və bir daha geri qaytarılmayıb. Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu hüquqi qiyməti almayıb. Bizdə də bu hadisələrə emosiya, kədər, yaxud mübarizlik salnaməsi kimi sırf pafoslu münasibət qalır.
    Bu hadisələrin beynəlxalq müstəvidə gərəkən tarixi, siyasi və hüquqi qiymət almamasının səbəbini faciənin ilk günlərində axtarmaq lazımdır.

 

Geef een reactie

Het e-mailadres wordt niet gepubliceerd. Vereiste velden zijn gemarkeerd met *